Şırım üsulu ilə torpaqların suvarılması

 

Şırımlarla suvarma zamanı digər üsullardan fərqli olaraq su torpağın səthinə düzgün paylanır, həm su itkisinin qarşısını alır, həm də məhsuldarlığın yüksəlməsinə səbəb olur. Bu üsulla suvarmada su yalnız sahədə çəkilmiş ayrı-ayrı şırımlarla verilir. Şırım üsulu ilə suvarmada torpaq rütubətlə tam doyduğundan, bitkilər quraqlığa qarşı daha çox davamlı olur, sahədə qaysaq yaranmır, əl əməyindən az istifadə edilir, su itkisi olmur. Şırımların dərinliyi 12-18 sm arasında olur. Şırım üsulunun tətbiqi suvarmanın səmərəliliyi və bol məhsul yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir, torpaqların şoranlaşmasının qarşısını alır.