Məqalələr

Şırım üsulu ilə torpaqların suvarılması

 

Şırımlarla suvarma zamanı digər üsullardan fərqli olaraq su torpağın səthinə düzgün paylanır, həm su itkisinin qarşısını alır, həm də məhsuldarlığın yüksəlməsinə səbəb olur. Bu üsulla suvarmada su yalnız sahədə çəkilmiş ayrı-ayrı şırımlarla verilir. Şırım üsulu ilə suvarmada torpaq rütubətlə tam doyduğundan, bitkilər quraqlığa qarşı daha çox davamlı olur, sahədə qaysaq yaranmır, əl əməyindən az istifadə edilir, su itkisi olmur. Şırımların dərinliyi 12-18 sm arasında olur. Şırım üsulunun tətbiqi suvarmanın səmərəliliyi və bol məhsul yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir, torpaqların şoranlaşmasının qarşısını alır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Damcı üsulu ilə torpaqların suvarılması

 

 

Ən geniş yayılmış suvarma üsullarından biri də damcı üsuludur. Damcılarla suvarma üsulu , suvarma suyunun fasiləsiz olaraq kiçik su sərfləri ilə boru kəmərindən su qəbul edən xüsusi damcıladıcılar vasitəsilə tələb olunan miqdarda bilavasitə bitkinin kök sisteminə verilməsindən ibarətdir. Damcı ilə suvarma zamanı birinci olaraq, suvarılacaq sahə və orada hansı bitkilərin əkilməsi planlaşdırılmalıdır. Suyun verilməsi üçün plastik borulardan istifadə etmək məqsədə uyğundur. Sistemə suyun verilməsinə xüsusi diqqət yetirilməlidir. Damcı üsulu ilə daha az su ilə daha çox sahə suvarılır. Maili ərazilər də eroziyaya səbəb olmadan suvarıla bilir, suvarmanın aparılmasında külək təsir göstərmir, qrunt sularının səviyyəsi dəyişməz qalır, təkrar şorlaşmanın qarşısı alınır, suvarma suyu bitkilər arasında bərabər paylanır. Məhz bunun sayəsində torpağın şumlanan təbəqəsi daim nəm saxlana bilir, cərgələrin arası isə bu zaman quru qalır, bu da alaq otlarının azalmasına şərait yaradır. Suyun torpaq səthindən buxarlanma ilə itkiyə getməsi baş vermədiyinə görə torpaq qabığında çatlar əmələ gəlmir və torpağın strukturu dağıntıya məruz qalmır. Meyvə və tərəvəzləri suvararkən damcı üsulu ilə suvarma daha əlverişli olur. Su xüsusi borularla axdığından, buxarlanma və sızma kimi su itkiləri olmur, nəticədə suyun dörddə birinə qənaət edildiyindən özaxımı ilə sulama üsuluna nisbətən daha səmərəli olur. İstixanalarda və tarlalarda geniş tətbiq olunur.

 

 

 

 

 

 

 

 

 

 

Qapalı suvarma üsulu ilə torpaqların suvarılması

 

 

Qapalı suvarma şəbəkələrin tikilməsi mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsi və suvarmanın təkmilləşdirilməsi, istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə daxil edilməsi deməkdir. Qapalı suvarma üsulu ilə su suvarılacaq sahəyə yer səthindən müəyyən qədər dərinlikdə və bir-birindən müvafiq məsafədə yerləşən borular vasitəsilə verilir. Suvarma sistemlərində suyun suvarılacaq əraziyə nəql оlunması və оrada paylanması yeraltı və yerüstü basqılı bоru kəmərlərinin vasitəsilə həyata keçirilir. Kоnstruksiya etibarı ilə qapalı suvarma sistemləri nəqletdirici və tənzimləyici boru kəmərlərindən ibarət olur. Qapalı suvarma sistemlərinin aşağıdakı üstün cəhətləri vardır:

 

 

 

1.Daha mürəkkəb relyefli sahələrdə tətbiq edilə bilir;

2.Su itkiləri xeyli azalır və faydalı iş əmsalı yüksək olur;

3.Torpaqdan istifadə əmsalı 10-15%artır;

4. Su bölgüsünün və suvarmanın avtomatlaşdırılmasına və mexanikləşdirilməsinə şərait yaradır.

 Ümumiyyətlə qapalı suvarma şəbəkəsinin tikintisi əlverişli və perespektivli hesab edilir.

 

 

 

 

 

 

 

 

 

Çiləmə üsulu ilə torpaqların suvarılması

 

 

Suvarmanın  müasir  üsulu olan çiləmə üsulu təbii yağıntıya oxşayır, ot örtüyünün və bitkilərin  nisbətən sıx əkilmiş ərazilərinin suvarılmasında istifadə olunur. Bu sistem həyətdəki çimənlikləri sulama üsuluna oxşardır. Böyük ölçülü çiləmə sistemləri bu gün böyük ölçülü təsərrüfatlarda istifadə edilir. Bu sistemində su mənbəyinə bərkidilmiş boruya ehtiyacı var. Su boru vasitəsilə axır və aparat vasitəsilə çilənir, yağış şəkilində torpağa düşür, torpağı və bitkiləri nəmləndirir.