Muxtar respublikada son illər həyata keçirilən islahatlar nəticəsində,  insan həyatı və sağlamlığı üçün ən vacib məsələlərdən biri olan təmiz su və onun istifadəsi ilə bağlı problemlər həll edilmiş, suya olan təlabat ödənilmiş, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

 

 

 

 

 

 

Muxtar respublikanın şəhər və rayonlarında da içməli su şəbəkələrinin yenidən qurulması insanların sağlamlığına göstərilən yüksək qayğının təzahürüdür. Necə deyərlər, təmiz su sağlam həyat, sağlam həyat isə sağlam gələcək deməkdir.

Naxçıvan Muxtar Respublikasında yeni içməli su təchizatı infrastrukturu yaradılır

 

 

 

 

 

 

 

Əhalinin etibarlı içməli su təminatına nail olunur

 

Muxtar respublikanın içməli su təminatının yaxşılaşdırılması məqsədi iləmühüm işlər görülməkdədir. Naxçıvan şəhərində, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə əhalinin  tələbatına uyğun içməli su şəbəkəsinin qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilmişdir. Mövcud su mənbələrindən istifadə olunaraq yaşayış məntəqələrinin içməli su problemləri uğurla həll edilmişdir.

 

 

Ötən əsrin 60-70-ci illərində çəkilən və uzun müddət istismar olunan içməli su şəbəkəsi şəhəri tam əhatə etməməklə yanaşı, əhalinin içməli suya olan tələbatını ödəmirdi. Yararsız vəziyyətə düşmüş xətlər, yaşayış binalarında quraşdırılan və qəza vəziyyəti yaradan su çənləri bir çox çətinliklərə yaradırdı. Ən əsası isə 

  

içməli suyun növbələrlə verilməsi, suda keyfiyyətin tələb olunan səviyyədə olmaması ciddi problemləri ortaya çıxarırdı. Bu da, ilk növbədə insanların sağlamlığı üçün təhlükə mənbəyi idi.

Su təhlükəsizliyinin təmin edilməsi və su mənbələrinin yenidən qurulması məqsədi ilə yeni içməli su xətləri çəkilmiş, kaptaj və su təmizləyci qurğuların tikintisi həyata keçirilmişdir.

 

  

Əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində böyük rol oynayan Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Şahbuz və Culfa şəhər Sutəmizləyici qurğuları istifadəyə verilmişdir. İçməli 

 

suyun təmizlənməsi üçün ən müasir qurğu və avadanlıqlardan istifadə olunur.

 

 

 

Tikinti işləri aparılarkən muxtar respublikanın iqlim şəraitinin və relyefinin nəzərə alınması, keyfiyyətə xüsusi diqqət yetirilməsi qurulan yeni içməli su şəbəkəsinin uzun müddət istismarına imkan verəcəkdir. Naxçıvan, Culfa, Şahbuz, Şərur şəhərlərində əhalinin içməli suya olan təlabatının ödənilməsinə nail olunması bu sahədə görülən işlərin nəticəsidir.

 

 

 

 

 

Müasir suvarma metodlarının tətbiqi əkinçiliyin  inkişaf etdirilməsinə, əkilən torpaqlarda yüksək  məhsuldarlığa, su ehtiyatlarından  səmərəli  istifadəyə imkan verir və yaşıllıqların sahəsinin artırılmasına səbəb olur. Bütün bunlar ümumilikdə muxtar respublika iqtisadiyyatının inkişafına xidmət edir.

 

 

  

 

 

 

Muxtar respublikada meliorasiya və su təsərrüfatı sisteminin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yeni hidrotexniki qurğuların tikilməsi, rentabelli suvarma şəbəkələrinin qurulması yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və məhsul istehsalının artmasına səbəb olmuşdur.

 

  

 

NAXÇIVANDA MÜASİR MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI SİSTEMLƏRİ QURULUR

 

 

 

 

Mütərəqqi suvarma metodları tətbiq olunur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır.

 

Naxçıvan Muxtar Respublikasında  meliorasiya  və su təsərrüfatı işlərinin geniş miqyasda  həyata keçirilməsinə və əkinçiliyin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.

Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması, fasiləsiz olaraq suvarma suyu ilə təmin edilməsi  üçün istismar və təmir-bərpa işləri üzrə məqsədyönlü tədbirlər görülmüşdür. İrriqasiya sistemlərinin daima yeniləşdirilməsi yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan yaratmışdır.

Yeni tikilən nasos stansiyaları hesabına minlərlə hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə qatılmışdır.

 

 

  

Suvarma şəbəkələrinin genişləndirilməsi və mütərəqqi suvarma metodlarının tətbiqi sahəsində görülmüş ardıcıl işlər nəticəsində  bol məhsul istehsalı ilə yanaşı, torpaq və su ehtiyatlarının səmərəli istifadəsi nəzarətdə saxlanılmışdır.

Bu gün müasir suvarma texnologiyalarına üstünlük verilməsi nəticəsində torpaqların su təminatı yaxşılaşdırılır, qapalı suvarma şəbəkələri qurulur, kompleks tədbirlər görülür.  

Belə ki, son illər Babək, Culfa və Kəngərli rayonlarında minlərlə hektar sahədə qapalı suvarma şəbəkəsi qurulub.

 

 

Qapalı suvarma şəbəkələrinin tikilməsi mövcud su ehtiyyatlarından səmərəli istifadə edilməsi, suvarmanın təkmilləşdirilməsi və istifadəsiz qalmış 

   

torpaqların əkin dövriyyəsinə daxil edilməsi deməkdir.

Torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün çəkilən  yeni xətlər vasitəsi ilə Şərur rayonunun Xanlıqlar, Ələkli və Vərməziyar, Babək rayonunun Kültəpə kəndlərinin əkin sahələri suvarma suyu ilə təmin olunmuşdur.

 

 

Suvarılan torpaq sahələrinin səmərəli suvarma suyu ilə təmin olunması, kanallarda su itkilərinin azaldılması, su keçirmə qabiliyyətinin və dayanıqlılığının artırılması məqsədi ilə yeni kanal və arxlar çəkilmiş,  mövcud olan kanal və arxlarda təmir-bərpa işləri aparılmışdır.

 

 

Soranlaşmanın və su qıtlığının qarşısının alınması üçün kənd təsərrüfatı sahələrində sudan səmərəli və qənaətlə istifadə edilməli, yeni müasir texnologiyalar tətbiq olunmalıdır.

Bunun üçün də  kənd təsərrüfatı üçün yararlı hesab edilən torpaqlar qeydiyyata alınmalı və onların istifadəsinə, suvarılmasına nəzarət gücləndirilməlidir.

 

 

Torpaqların münbitliyinin qorunması, bərpası və mühafizəsiylə bağlı zəruri olan tədbirlərin görülməsi, suvarılan torpaqların genişləndirilməsi, əkilən sahələrdə su itkisinə yol verilməməsi və su

ehtiyatlarından daha səmərəli istifadə edilməsi  ilə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəlməsinə nail oluna bilər.

NAXÇIVAN MUXTAR RESPUBLİKADA KƏND TƏSƏRRÜFATLI TƏYİNATLI TORPAQLARIN MÜNBİTLİYİNİN ARTIRILMASINA DAİR TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR


 

Şoranlaşmış, çəmənləşmiş və bataqlaşmış torpaqların aşkarlanması və qarşısının alınması məqsədilə monitorinqlər aparılır.

 

Muxtar respublikada su ehtiyatlarından səmərəli istifadə etməklə torpaq münbitliyinin artırılması və becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi aktual məsələdir. Bu  istiqamətdə aparılan aqromeliorativ, meliorativ tədbirlər nəticəsində şoranlaşma və bataqlaşmanın qarşısı alınır, yaşıllıqların sahəsi daha da artırılır. Bütün bunlar ümumilikdə muxtar respublika iqtisadiyyatının inkişafına xidmət edir.

Suvarılan torpaqların münbitliyinin və bitkilərin məhsuldarlığının yüksəldilməsi üçün torpaqların su və duz rejimləri bitkilərin tələbatına uyğun olaraq təmin edilməlidir. Buna da biz ancaq suvarılan ərazilərdə əsas meliorasiya və aqrotexnika tədbirlərinin həyata keçirilməsilə müvəffəq ola bilərik. Ərazilərdə yeraltı suların səviyyəsi qalxaraq bəzən sahəni bataqlığa çevirir, duzlar torpağın üst qatına toplanır, torpaq məhlulunun konsentrasiya dərəcəsi yüksəlir və həmin ərazinin meliorasiya vəziyyəti pisləşir.

Şoranlaşmış və bataqlaşmış torpaqların yararlı hala salınması və gələcəkdə korlanmaması üçün  suvarmadan düzgün istifadə edilməsi, ottarlalı əkin dövriyyəsi, mütərəqqi suvarma üsulları ilə yanaşı  bir sıra aqrotexniki və meliorasiya tədbirlərinin həyata keçirilməsi vacib şərtdir. 

 

 

 

 

Prosesi davam etdirmək üçün aşağıdakı meliorativ tədbirlərin keçirilməsi vacibdir:

1. Torpağın aktiv təbəqəsində  duzların toplanmasına yol verməmək;
2. Torpaq məhlulunun konsentrasi-yasının bitkilər üçün tələb olunan həddə saxlamaq üçün su rejiminə riayət etmək;
3. Yeraltı suların səviyyəsinin qalxmaması üçün suvarma normalarına əməl etmək və kanallarda əmələ gələn su itkiləri ilə mübarizə aparmaq;
4. Yeraltı qrunt suları dayaz olduqda və həmin suların təbii yerli axını olmayanda onların səviyyəsini aşağı yendirmək üçün kollektor-drenaj şəbəkəsinin qurulmasını təmin etmək.

 

Yüksək dərəcədə şoranlaşmış torpaqlardan tezliklə istifadə etmək üçün başlıca tədbir səmərəli şəkildə yumaqdan ibarətdir. Bu zaman çoxlu miqdarda natrium əsaslı duzlar olan şor torpaqları yumaqla bərabər gips maddəsidə verilməlidir. Həmçinin, bununla yanaşı düzgün ottarlalı növbəli əkin sisteminin də tətbiq edilməsi lazımdır.

Eyni zamanda şoranlaşmaya meylli torpaqlarda yonca ilə birlikdə müəyyən yem bitkilərinin əkilməsi, tarlaqoruyucu meşə zolaqlarının salınması və mütərəqqi suvarma şəbəkələrinin qurulmasının da böyük əhəmiyyəti vardır

 

 

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet