Kəngərli rayonunda suvarma mövsümünə hazırlıq işləri aparılır

19.02.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarələri tərəfindən suvarma mövsümünə mütəşəkkil hazırlıq üçün müvafiq meliorativ tədbirlər icra edilir. 

Cəmiyyətin mətbuat xidmətindən “Şərq qapısı” qəzetinə bildirilib ki, ötən günlərdə Kəngərli Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları rayonun Qıvraq qəsəbəsində 1100 metr, Yurdçu kəndində isə 950 metr ara arxların lildən təmizlənməsi işlərini həyata keçiriblər. Hazırda meliorativ tədbirlər rayonun Xok kəndində aparılır və bu proses digər kəndləri də əhatə edəcək.


Nail ƏSGƏROV