Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

26.02.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində “Xocalı soyqırımı”nın 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Anım tədbirində Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Malik Rzayev çıxış edərək fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin törətdiyi qanlı faciə haqqında məlumat verib. Qeyd edib ki, Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünya tarixinin ən qanlı və amansız soyqırımılarından biridir. 
Cəmiyyətin Su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.
Sonda Xocalı soyqırımına həsr olunan "Donmuş haraylar" sənədli filmi izlənilib.