Nasos stansiyalarının təzyiqli boru xətlərində təmir-bərpa işləri görülür

03.04.2024
 

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarələri tərəfindən nasos stansiyalarının təzyiqli boru xətlərində cari təmir-bərpa işləri aparılır. 

Cəmiyyətin mətbuat xidmətindən “Şərq qapısı” qəzetinə bildirilib ki, mart ayının sonlarından başlayaraq Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları  tərəfindən Araz çayından qidalanan “Araz-1” və "Araz - 2" nasos stansiyalarının təzyiqli boru xətlərində cari təmir-bərpa işləri görülür və qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub. İşlər başa çatandan sonra Nehrəm qəsəbəsi, Arazkənd və Güznüt kəndlərinin əkin sahələrinə suvarma suyunun verilməsi təmin ediləcək.


Nail ƏSGƏROV