Tələbələrin istehsalat təcrübəsi davam edir.

04.04.2024

Naxçıvan Dövlət Universitetinin “Meliorasiya mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələri fevral ayının 16-dan etibarən Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində istehsalat təcrübəsinə başlayıblar. İstehsalat təcrübəsi çərçivəsində tələbələr Cəmiyyətinin tabe idarəsi olan Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyularının Təmiri İdarəsinin elektrik mühərriklərinin təmiri sexində olublar.
Cəmiyyətin Su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov təcrübəçi tələbələrə sexin fəaliyyət istiqaməti və iş prinsipi haqqında məlumat verib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.