05.07.2023

 

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin iyun ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, anbarlara suyun yığılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.

Muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin iyun ayının sonuna 122.27 mln m3 su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə iyun ayı ərzində 33.51 mln m3 su verilmiş, bunun müqabilində 27 min 307 ha torpaq sahəsi suvarılmışdır.

2023-cü ilin iyun ayı ərzində 1,39 km istiqamətləndirici bənd, 10,27 km beton və torpaq kanallar, 16,88 km ara arxlar, 1,2 km kollektor lildən təmizlənmiş, 0,25 km içməli su xətti çəkilmiş, 1,52 km mövcud içməli su xətlərində, 0,11 km kanalizasiya xətlərində, 5,34 km suvarma boru xətlərində, 1,24 km təzyiqli boru xətlərində, 0,96 km isə kaptajlarda təmir-bərpa işləri aparılmışdır.

Şərur rayonunda kanallarda 3,9 km, kəndlərin ara arxlarında 1.35 km, Babək rayonunda kanallarda 0,15 km, kəndlərin ara arxlarında 3.13 km, Şahbuz rayonunda kəndlərin ara arxlarında 0,05 km, Culfa rayonunda kanallarda 0,92 km, Ordubad rayonunda kanallarda 4,5 km, kəndlərin ara arxlarında 5,7 km, Sədərək rayonunda kanallarda 0,7 km, kəndlərin ara arxlarında 0,5 km, Kəngərli rayonunda kəndlərin ara arxlarında 1,65 km, Naxçıvan şəhəri ərazisində kanallarda 0,1 km, ara arxlarda isə 4,5 km lildən təmizlənmə işləri aparılmışdır.

Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.

Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Xələc kollektorunda 0,9 km, Babək rayonunda Yarımca nasos stansiyasının kollektorunda 0,2 km, Sədərək rayonunda Heydərabad-Şirarxı kollektorunda isə 0,1 km lildən təmizləmə işləri aparılmışdır.

Görülən işlər nəticəsində Şərur rayonunda 11 ha, Babək rayonunda 6 ha, Sədərək rayonunda isə 0,8 ha olmaqla, ümumillikdə, 17,8 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.

Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Şərur rayonunda Arpaçay selovunda 0,3 km, Babək rayonunda Zeynəddin selovunda 0,3 km, Naxçıvançayda 0,15 km, Sirab selovunda 0,34 km, Qahab selovunda isə 0,3 km olmaqla 1,09 km seləqarşı istiqamətləndirici bənd tikilmişdir.

 Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0,25 km içməli su xətti çəkilmiş, Şərur rayonunda 0,15 km, Babək rayonunda 0,34 km, Şahbuz rayonunda 0,06 km, Culfa rayonunda 0,22 km, Ordubad rayonunda 0,6 km, Kəngərli rayonunda isə 0,15 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.

Babək rayonunun Nehrəm qəsəbəsinin Əlincəçayda yerləşən kaptajında 170 m, Aşağı Uzunoba kənd kaptajında 250 m, Şahbuz rayonunda Badamlı qəsəbə kaptajında 50 m, Sələsüz kənd kaptajında 30 m, Culfa rayonunda Göydərə kənd kaptajında 30 m, Kırna kənd kaptajında 30 m, Ordubad rayonunda Xanağa, Vələver, Kələki, Parağa kənd kaptajlarının hər birində isə 100 m olmaqla 400 m təmir-bərpa işləri aparılmışdir.

Babək şəhərində mövcud kanalizasiya xətlərinin 12 m hissəsi, Ordubad şəhərində kanalizasiya xətlərinin isə 100 m hissəsində təmir işləri aparılmışdır.

Suvarma mövsümünü səmərəli keçirmək məqsədilə təmirə ehtiyac olan suvarma boru xətlərində cari təmir işləri aparılmışdır. Şərur rayonunda 180 m, Babək rayonunda 15 m, Şahbuz rayonunda 70 m, Culfa rayonunda 160 m, Sədərək rayonunda 30 m, Kəngərli rayonunda isə 280 m suvarma boru xətləri təmir olunmuşdur.

Yaşıllıq zolaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində 4,1 km, Naxçıvan şəhəri ərazisində isə 0,5 km olmaqla, ümumilikdə, 4,6 km mövcud yaşıllıq zolaqlarının suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Zeyvə-1”, “Ağbulaq-1”, “Həmzəli-2”, “Qorçulu”, “Fərhad arxı” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,41 km, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Sirab”, “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,18 km, Şahbuz rayonunda “Daylaqlı”, “Əcəmi-1”, “Şahbuzkənd” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərində 0,12 km, Culfa rayonunda “Culfa-1”, “Gülüstan” nasos stansiyalarının və Culfa şəhər içməli su xəttinin təzyiqli boru xətlərində 0,2 km, Sədərək rayonunda “Sədərək-1”, “Sədərək-2”, “Sədərək-3”, “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,15 km, Kəngərli rayonunda “Qıvraq-1” ,“Kərki”, “Şahtaxtı” nasos stansiyalarının təzyiqli boru xəttində 0,14 km, Naxçıvan şəhəri ərazisində olan “Sərhəd diviziyası” nasos stansiyasnın təzyiqli boru xəttində isə 0,04 km təmir-bərpa işləri aparılmışdır.

Naxçıvan şəhəri, Babək və Kəngərli rayonlarının 8300 ha torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün "Qaraçuq-1" nasos stansiyası ərazisində  Araz su anbarından qidalanan  yeni nasos stansiyasının tikintisinin davam etdirilməsinə başlanmışdır.

2023-cü ilin iyun ayı ərzində 7 kəhrizdə cari təmir işləri başa çardırılmış, 1 kəhrizdə isə təmir işləri davam etdirilmişdir. Ay ərzində kəhrizlərdə 315 m kürə təmizlənmiş, 12  m saybənd hörülmüşdür.

Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 7 ədədinə yeni nasos quraşdırılmaqla 74 ədədi təmir olunmuşdur. Bundan əlavə, Babək rayonunun Cəhri qəsəbəsində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə  1 subartezian quyusunun qazıntı işləri başa çatdırılmışdır.

Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexi tərəfindən 2 ədəd nasos rotoru təmir edilmiş, 160 ədəd nasos hissəsi hazırlanmışdır.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 48 evin içməli su xəttinə, 30 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.

Meliorasiya və su təsərrüfatı sahəsində cəmiyyət və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. İyun ayı ərzində 1 dəfə Naxçıvan Televiziyasına müsahibə verilmiş, Şərq qapısı qəzetində  1 məqalə və 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet