07.08.2023 

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin iyul ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, anbarlara suyun yığılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.

Muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin iyul ayının sonuna 95.23 mln m3  su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə iyul ayı 22.44 mln m3 su verilmiş, bunun müqabilində 18 min 154 ha torpaq sahəsi suvarılmışdır.

2023-cü ilin iyul ayı ərzində 0,05 km istiqamətləndirici bənd, 14,24 km beton və torpaq kanallar, 26,82 km ara arxlar, 1,5 km kollektor lildən təmizlənmiş, 0,18 km içməli su, 0,11 km kanalizasiya, 0,1 km suvarma boru xətləri çəkilmiş, 3,98 km mövcud içməli su xətlərində, 0,3 km kanalizasiya xətlərində, 0,65 km suvarma boru xətlərində, 1,9 km təzyiqli boru xətlərində, 0,41 km isə kaptajlarda təmir-bərpa işləri aparılmışdır.

Şərur rayonunda kanallarda 7,1 km, kəndlərin ara arxlarında 4,6 km, Babək rayonunda kanallarda 1,25 km, kəndlərin ara arxlarında 9,12 km, Şahbuz rayonunda kəndlərin ara arxlarında 0,27 km, Ordubad rayonunda kanallarda 2,1 km, kəndlərin ara arxlarında 9,5 km, Sədərək rayonunda kanallarda 0,7 km, kəndlərin ara arxlarında 0,4 km, Kəngərli rayonunda kanallarda 0,09 km,kəndlərin ara arxlarında 1,33 km, Naxçıvan şəhəri ərazisində kanallarda 3 km, ara arxlarda isə 1,6 km lildən təmizlənmə işləri aparılmışdır.

Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.

Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Püsyan kollektorunda 1,5 km lildən təmizləmə işləri aparılmışdır.

Görülən işlər nəticəsində Şərur rayonunda 18 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.

Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Babək rayonunda Sirab selovunda 0,05 km seləqarşı istiqamətləndirici bənd tikilmişdir.

Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Şərur rayonunda 0,08 km, Babək rayonunda 0,02 km, Culfa rayonunda 0,08 km içməli su xətləri çəkilmiş, Şərur rayonunda 0,24 km, Babək rayonunda 0,71 km, Şahbuz rayonunda 1,34 km, Culfa rayonunda 0,29 km, Ordubad rayonunda isə 1,4 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.

Babək rayonunun Nehrəm qəsəbəsinin Əlincəçayda yerləşən kaptajında 50 m, Payız kənd kaptajında 60 m, Qahab kənd kaptajında 100 m, Şahbuz rayonunda Sələsüz kənd kaptajında 20 m, İşgəsu kaptajında 40 m, Ayrınc kənd kaptajında 30 m, Culfa rayonunda Ərəzin kənd kaptajında 80 m, Camaldın kənd kaptajında isə 30 m təmir-bərpa işləri aparılmışdir. Ümumilikdə, kaptajların Babək rayonunda  210 m, Şahbuz rayonunda 90 m, Culfa rayonunda 110 m hissəsində təmir işləri yerinə yetirilmişdir.

Şərur şəhərində 90 m, Babək şəhərində 18 m yeni kanalizasiya xətti çəkilmiş, Ordubad şəhərində isə kanalizasiya xətlərinin 300 m hissəsində təmir işləri aparılmışdır.

Suvarma mövsümünü səmərəli keçirmək məqsədilə yeni boru xətti çəkilmiş və təmirə ehtiyac olan suvarma boru xətlərində cari təmir işləri aparılmışdır. Şərur rayonunda 100 m yeni boru xətti çəkilmiş, Şahbuz rayonunda 30 m, Şərur rayonunda 220 m, Culfa rayonunda 75 m, Ordubad rayonunda 100 m, Sədərək rayonunda 80 m, Kəngərli rayonunda isə 140 m suvarma boru xətləri təmir olunmuşdur.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Zeyvə-1”, “Xələc”, “Həmzəli-1”, “Qorçulu”, “Arpaçay-2” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,92 km, Babək rayonunda “Araz-1”, “Hacıvar”, “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,13 km, Şahbuz rayonunda “Daylaqlı”, “Əcəmi-1”, “Əcəmi-2”, “Yeni” nasos stansiyalarının və Şahbuz şəhər, Kolanı, Mahmudoba kənd subartezian quyularının təzyiqli boru xətlərində 0,18 km, Culfa rayonunda “Culfa-1”, “Gülüstan” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 km, Ordubad rayonunda “Dəstə-2”, “Əylis-3” nasos stansiyalarının təzyiqli boru xətlərində  0,3 km, Sədərək rayonunda “Sədərək-2”, “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,11 km, Kəngərli rayonunda “Böyükdüz” nasos stansiyasının təzyiqli boru xəttində 0,04 km, Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan” və “Qaraçuq-2” nasos stansiyalarnın təzyiqli boru xətlərində isə 0,11 km təmir-bərpa işləri aparılmışdır.

Naxçıvan şəhəri, Babək və Kəngərli rayonlarının 8300 ha torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün "Qaraçuq-1" nasos stansiyası ərazisində  Araz su anbarından qidalanan  yeni nasos stansiyasının tikintisi davam etdirilmişdir.

2023-cü ilin iyul ayı ərzində 9 kəhrizdə cari təmir işləri aparılmış, ay ərzində kəhrizlərdə 374 m kürə təmizlənmiş, 14.3 m saybənd hörülmüşdür.

Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 8 ədədinə yeni nasos quraşdırılmaqla 82 ədədi təmir olunmuşdur.

Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexi tərəfindən 15 ədəd su sayğacı, 2 ədəd elektrik mühərriki təmir edilmiş, 95 ədəd nasos hissəsi hazırlanmışdır.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 53 evin içməli su xəttinə, 54 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.

Meliorasiya və su təsərrüfatı sahəsində cəmiyyət və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. İyul ayı ərzində 1 dəfə Naxçıvan Televiziyalarına, 1 dəfə Baku TV-yə müsahibə verilmiş, Şərq qapısı qəzetində  2 məqalə və 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.

 

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet