05.12.2023

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin noyabr ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə başa çatdırmaq məqsədilə Cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, anbarlara suyun yığılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.

Muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin noyabr ayının sonuna 53,82 mln m3  su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə noyabr ayı ərzində 16,18 mln m3 su verilmiş, bunun müqabilində 13 min 26 ha torpaq sahəsi suvarılmışdır.

2023-cü ilin ötən ayı ərzində 23,46 km beton və torpaq kanallar, 10,16 km ara arxlar, 3,8 km kollektor lildən təmizlənmiş, 1,61 km içməli su, 0,12 km kanalizasiya xətləri çəkilmiş, 1,4 km mövcud içməli su xətlərində, 0,01 km kanalizasiya xətlərində, 0,65 km suvarma boru xətlərində, 1,62 km təzyiqli boru xətlərində, 0,57 km kaptajlarda təmir-bərpa işləri aparılmışdır.

Şərur rayonunda kanallarda 8,9 km, kəndlərin ara arxlarında 3,8 km, Babək rayonunda kanallarda 0,72 km, kəndlərin ara arxlarında 3,42 km, Şahbuz rayonunda kanallarda 0,14 km, kəndlərin ara arxlarında 0,39 km, Ordubad rayonunda kanallarda 2,1 km, kəndlərin ara arxlarında 1,9 km, Kəngərli rayonunda kanallarda 0,3 km, kəndlərin ara arxlarında 0,65 km, Culfa, Sədərək rayonlarında isə kanallarda müvafiq olaraq 10,31 km lildən təmizlənmə işləri aparılmışdır.

Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.

Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Muğanlı kollektorunda 1,5 km, Qorçulu kollektorunda isə 2,3 km olmaqla, cəmi 3,8 km kollektorlarda lildən təmizləmə işləri aparılmışdır.

Görülən işlər nəticəsində Şərur rayonunun 45 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.

Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Şərur rayonunda 0,07 km, Babək rayonunda 0,22 km, Ordubad rayonunda 0,3 km içməli su xətləri çəkilmiş, Şərur rayonunda 0,45 km, Babək rayonunda 0,2 km, Şahbuz rayonunda 0,12 km, Culfa rayonunda 0,17 km, Ordubad rayonunda 0,4 km, Kəngərli rayonunda isə 0,07 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır. Bundan əlavə, Bəbək rayonunun Sirab kəndində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə yeni qazılmış subartezian quyusundan supaylayıcı qurğuya qədər çəkiləcək xəttin son 1026 m hissəsi quraşdırılmışdır. Xəttin tikintisinin tamamlama işləri davam etdirilir.

Babək rayonunun Kültəpə kənd kaptajında 200 m, Payız kənd kaptajında 80 m, Babək şəhər kaptajında 50 m olmaqla, cəmi 330 m, Şahbuz rayonunun Ayrınc kənd kaptajında 20 m, Sələsüz kənd kaptajında 30 m olmaqla, cəmi 50 m, Culfa rayonunun Camaldın kənd kaptajında 18 m, Milax kənd kaptajında 45 m, Culfa şəhər kaptajında 30 m olmaqla, cəmi 93 m, Ordubad rayonunun Dırnıs kənd kaptajında isə 100 m təmir-bərpa işləri aparılmışdir.

Babək şəhərində 122 m yeni kanalizasiya xətti çəkilmiş, mövcud kanalizasiya xətlətində isə 11 m təmir işləri aparılmışdır.

Suvarma mövsümünü səmərəli keçirmək məqsədilə təmirə ehtiyac olan suvarma boru xətlərində cari təmir işləri aparılmışdır. Şahbuz rayonunda 20 m, Culfa rayonunda 160 m, Kəngərli rayonunda isə 470 m suvarma boru xətləri təmir olunmuşdur.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Həmzəli-2”, “Günəşli”, “Zeyvə-1”, “Zeyvə-2” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,79 km, Babək rayonunda “Araz-1”,  “Araz-2”, “Nehrəm”, “Hacıvar” nasos stansiyalarının təzyiqli boru xətlərində  0,11 km, Şahbuz rayonunda “Əcəmi-1”, “Əcəmi-2”, “Şahbuzkənd” nasos stansiyalarının təzyiqli boru xətlərində  0,08 km, Culfa rayonunda Culfa şəhər içməli su təchizatı sisteminin təzyiqli boru xəttində 0,02 km, Ordubad rayonunda “Əylis-1” nasos stansiyasının təzyiqli boru xəttində 0,2 km, Kəngərli rayonunda “Kərki”, “Böyükdüz”, “Qıvraq-1” nasos stansiyalarının və Böyükdüz ərazisindəki qapalı suvarma şəbəkəsinin təzyiqli boru xətlərində 0,37 km, Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan” nasos stansiyasının təzyiqli boru xəttində isə 0,05 km təmir-bərpa işləri aparılmışdır.

2023-cü ilin noyabr ayı ərzində 4 kəhrizdə cari təmir işləri aparılmış, ay ərzində kəhrizlərdə 420 m kürə təmizlənmiş, 8 m saybənd hörülmüşdür.

Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 4 ədədinə yeni nasos quraşdırılmaqla, 43 ədədi əsaslı təmir olunmuşdur. Bundan əlavə, Babək rayonunun Sirab kəndində 1 subartezian quyusunun tikinti işləri başa çatdırılmışdır.

Cəmiyyətin tabe idarələrinin təmir sexləri tərəfindən 4 ədəd ekskovator, 1 ədəd avtomaşın, 1 ədəd traller, 1 ədəd avtokran, 2 ədəd nasos rotoru, 1 ədəd elektrik mühərriki təmir olunmuş, 17 ədəd nasos hissəsi hazırlanmışdır.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 54 evin içməli su xəttinə, 194 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.

Meliorasiya və su təsərrüfatı sahəsində cəmiyyət və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Noyabr ayı ərzində 2 dəfə Naxçıvan Televiziyasına, 1 dəfə Şərq qapısı qəzetinə müsahibə verilmiş və Şərq qapısı qəzetində 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet