Şəhidlərin xatirəsinə ehtiram

14.02.2024

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoydular.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr etdilər.

 

 

Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət

14.02.2024

Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Dövlətimizin başçısı və birinci xanım Ulu Öndərin məzarı önünə gül dəstələri qoydular.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü.

 

 

Polis orqanlarına yeni xidməti avtomobillər təqdim olunub, Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin inzibati binası istifadəyə verilib

12.02.2024

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əvvəlcə muxtar respublikanın polis orqanlarına təqdim olunan yeni xidməti avtomobillərə baxıb.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-mayor Süleyman Neymətov məlumat verib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 16 yeni xidməti avtomobil təqdim edilib.

Bilidirilib ki, 4 “BMW” markalı avtomobil yol-patrul xidməti, “JAC-T8” markalı 12 avtomobil isə mühafizə polisi, pos-patrul xidməti və Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi üçün nəzərdə tutulub. 2023-cü il istehsalı olan avtomobillər yüksək manevr imkanları və müasir təchizatı ilə xidmətin operativ təşkilinə imkan verəcək. Müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal radio-rabitə, səsgücləndirici və sayrışan işıq sisteminə malikdir.

Sonra səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, üçmərtəbəli binanın foyesində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin hüquq-mühafizə orqanları ilə keçirdiyi görüşləri əks etdirən fotoguşə yaradılıb. Şöbədə növbətçi, qəbul, xüsusi vasitələrin saxlanması otaqları, kriminalistik tədqiqatlar, istintaq və tədqiqat, təşkilati-inspektor qrupları üçün və digər xidməti otaqlar, eləcə də server otağı, arxiv, iclas zalı və bufet yerləşir. Xidmətin operativ təşkili üçün otaqların hər biri ən müasir avadanlıqlarla təchiz olunub.

Binada mərkəzləşdirilmiş havalandırma və istilik sistemi də quraşırılıb.

 

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet