Bu qayğının cavabı yalnız halal zəhmətdir

25.12.2019

Hörmətli redaksiya!

 Ulu öndərimiz Heydər Əliyev siyasətinin muxtar diyarımızda uğurla davam etdirilməsi Naxçıvanı çiçəklənən bir məmləkətə çevirib.

Mən Şahbuz rayonunun Türkeş kəndində doğulub boya-başa çatmışam və ömrümü bu kənddə keçirmişəm. Bu kəndsiz bir ayım, bir günüm belə, olmayıb. 66 yaşım var və təqaüdçüyəm. 20-25 il bundan əvvəlki yaşayışımızı gözlərim önünə gətirəndə bu günümüzə inana bilmirəm.

Son illər muxtar respublikanın kənd yaşayış məntəqələrində aparılan kompleks quruculuq tədbirlərişəhərlə fərqi əsaslısurətdə aradan qaldırıb. Belə tədbirlərin həyata keçirildiyi qədim yurd yerimiz olan Türkeş də artıq müasir kəndə çevrilib.Təbii ki, bütün bunlar insanların qurub-yaratmaq əzminə öz təsirini göstərəcək.

Sevinc hissi ilə deyə bilərəm ki, bu il kəndimizin hər bir sakini kimi, mənim də yaddaşımda silinməz xatirə kimi qalacaqdır. Bizim üçün yaradılan müasirşəraitlə yanaşı, kənd avtomobil yolu yenidən qurulub. Həmçinin 350 hektaradək torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Bütün bunlar kənd sakinlərinin rahat yaşayışının və məşğulluğunun təmin edilməsi üçün yaradılıb.

Mənim kənddə 2 hektara yaxın pay torpağım var. Bu torpaqda hər il ailəmlə birgə taxıl, tərəvəz əkirəm. Ancaq suvarma suyu sarıdan korluq çəkirdik. Əkinimizdən istədiyimiz qədər məhsul əldə edə bilmirdik. Yeni qapalı suvarma şəbəkəsi əvvəlki çətinliklərin qarşısını alıb. Biz kənd sakinləri göstərilən bu qayğıdan ruhlanaraq əkin-biçinimizi daha da artıracağıq, qızıldan qiymətli sərvətimiz olan torpağımızı əkib-becərərək bol məhsul toplayacağıq. Bu da bizə imkan verəcək ki, “Ailə təsərrüfatı məhsulları” festivallarında, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında layiqincə iştirak edək. Çünki dövlətimizin bu qayğısının əvəzini ancaq bərəkətli torpaqlarımızda bol məhsul yetişdirməklə, halal zəhmətimizlə ödəyə bilərik.

Şakir Xudiyev

Şahbuz rayonu,

Türkeş kənd sakini

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet