Nasos stansiyalarda cari təmir-bərpa işləri görülür

07.04.2024

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Kəngərli Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən "Şahtaxtı" nasos stansiyanın 500 millimetrlik təzyiqli boru xəttinin 26 metr hissəsində baş vermiş qırılmalar təmir edilib. Həmçinin "Kərki" nasos stansiyasının 720 millimetrlik təzyiqli boru xəttinin 4 metr məsafəsində çürümüş hissələr təmir olunub. 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet