Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub

Yanvarın 14-də 1 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 11 nəfərə “NAZ-Lifan 330” markalı avtomobillər təqdim edilmişdir.

Ardını oxu...

Darkənd su dəyirmanı yenidən qurulub

Naxçıvanda tarixən su dəyirmanlarından geniş istifadə olunub. Ruzi-bərəkət rəmzi kimi məişət mədəniyyətimizin ayrılmaz  parçası olan su dəyirmanları həm də taxılçılığın inkişafının təzahürüdür. Taxılın su dəyirmanlarında üyüdülməsi ilə bağlı yaranan adət-ənənələr onun əhəmiyyətini bugünədək qoruyub saxlamışdır. Hazırda muxtar respublikada su dəyirmanlarının yenidən bərpa olunması tarixi mirasımıza, adət-ənənələrimizə göstərilən diqqətin davamı olmaqla yanaşı, həm də insanların sağlam həyat tərzinə hesablanıb. 

Ardını oxu...

Dəstə Radio-Televiziya Verici Stansiyasının yeni binası istifadəyə verilmişdir

Yanvarın  13-də Dəstə Radio-Televiziya Verici Stansiyasının yeni binasının açılışı olmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə maraqlanmışdır. 

Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət bina 8 otaqdan ibarətdir. Birinci mərtəbədə transmissiya, generator və elektrik otaqları, ikinci mərtəbədə isə 2 baza stansiyası, nəzarətçi və teleradio vericiləri otaqları yerləşir. Transmissiya otağında fiber-optik sonlandırma avadanlıqları,

Ardını oxu...

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet