Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyası keçirilmişdir

Dekabrın 21-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyası keçirilmişdir.

Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:

1. 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının ­yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi

Ardını oxu...

Duzdağda yeni şaxta istifadəyə veriləcək

Dekabrın 19-da Duzdağda yeni şaxta açılması münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev məlumat vermişdir ki, ərazidə duz ehtiyatlarının miqdarı, keyfiyyəti və tərkibi dəqiq öyrənilmiş, laboratoriya analizləri aparılmış və duzun standartların tələblərinə uyğunluğu müəyyənləşdirilmişdir. Hazırda yeni şaxtanın əhatə etdiyi ərazidə 15 milyon ton duz ehtiyatı vardır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak ilə görüşmüşdür.

Ali Məclisin Sədri Naxçıvanda keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektorun rolunun artırılması” mövzusundakı tədbirə görə qonağa təşəkkürünü bildirmişdir.

Ardını oxu...

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet