Naxçıvan inkişafın müasir mərhələsində Ordubad rayonunun Vənənd kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir”.

 Azərbaycan dövlətinin inkişaf dinamikasını əks etdirən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Dahi şəxsiyyətin yolunun davam etdirilməsi Naxçıvanın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Muxtar respublikada enerji, ərzaq, müdafiə və informasiya təhlükəsizliyi təmin olunmuşdur. Hər bir sahədə yenilik, tərəqqi müşahidə olunur. Geniş quruculuq işləri aparılır, müasir kənd infrastrukturu yaradılır, insan amilinə yüksək qiymət verilir.

Ardını oxu...

3-cü Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Yanvarın 8-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 3-cü Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport vermişdir.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, 3-cü Sərhəd Zastavası əsaslı şəkildə yenidən qurulmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin təməlində sabitlik, inkişaf və tərəqqi dayanır. Muxtar respublikanın davamlı inkişafı da bu siyasi xəttin bəhrəsidir. İnsanların rahat yaşayışının təmin olunması, mühüm sosial infrastruktur tədbirlərinin həyata keçirilməsi ölkəmizdə insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Əldə olunan inkişaf və tərəqqiyə görə Naxçıvan Muxtar Respublikasında hər yeni il böyük ruh yüksəkliyi ilə qarşılanır.

Ardını oxu...

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet