Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı qeyd olunmuşdur

Kəngərli rayonunun Böyükdüz kəndi inkişafın yeni mərhələsində

 Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı inkişaf dövrünü yaşayır. Həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar və aparılan quruculuq işləri ölkəmizdəki sabitliyi, inkişafı və ən əsası dövlət-xalq birliyini möhkəmləndirir. İnsanların rifahına hesablanmış kompleks islahatlar Heydər Əliyev siyasi xəttinin bəhrəsi kimi xalqımızın həmrəyliyini daha da gücləndirir. Naxçıvan Muxtar Respublikasında da yaşayış məntəqələri müasir görkəmə qovuşmuş, insanların rahat yaşayışı təmin edilmişdir.

Dekabrın 28-də - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində Kəngərli rayonunun Böyükdüz kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Ardını oxu...

Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsi fəaliyyətə başlayıb

Ümummilli liderimiz Heydər Əliyev ­deyirdi: “Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”.
Bu gün muxtar respublikada sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Yeni istehsal sahələri yaradılır, daxili bazar yerli məhsullarla təmin olunur, iş yerləri açılır.
Dekabrın 25-də “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının plastik kapsul və qapaq istehsalı sahəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Ardını oxu...

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet