Babək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır

Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda müasir səhiyyə sisteminin yaradılması və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunmasını diqqətdə saxlayır. Ölkəmizin iqtisadi qüdrətinin artması səhiyyənin davamlı inkişafına səbəb olmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqi və bu sahədə idarəetmə sisteminin formalaşdırılması da görülən işlərin davamıdır.

Ardını oxu...

Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir

Dekabrın 24-də Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi üçün hərtərəfli şərait yaradılmışdır. Babək rayonunda yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiq olunması da imkan verəcəkdir ki, əhaliyə daha keyfiyyətli səhiyyə xidməti göstərilsin.

Ardını oxu...

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun M Ə R U Z Ə S İ

Hörmətli deputatlar və sessiya iştirakçıları!
Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sabitlik, inkişaf və yüksək rifah vardır. Sosial-iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi bütün sahələrdə inkişafı təmin etmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu ildə imzaladığı müvafiq Fərman və Sərəncamlara əsasən muxtar respublikanın rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yaradılması və yenidən qurulması, Ordubad Su Elektrik Stansiyasının tikintisi,çoxmənzilli binaların dam örtüklərinin təmiri və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, Şərur Sənaye Məhəlləsinin yaradılması, əhalinin içməli suya tələbatının ödənilməsi və əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün subartezian quyularının layihələndirilməsi, əkin sahələrində müasir suvarma sistemlərinin quraşdırılması, Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması, Süni Mayalanma Mərkəzinin yaradılması, əlil və şəhid ailə­lərinin mənzillə təminatının davam etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasına, ümumilikdə, 77 milyon manatdan artıq vəsaitin ayrılması muxtar respublikanın inkişaf dinamikasına daha bir töhfə kimi mühüm əhəmiyyətə malik olmuşdur.

Ardını oxu...

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet