Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilmişdir

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoymuş, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri ulu öndərin abidəsi önünə gələrək əziz xatirəsini yad etmişlər. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Dekabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi qəbul edib.

Ali Məclisin Sədri qonağı salamlayıb və onu Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Macarıstan respublikası arasında iqtisadi, təhsil və turizm sahələrində qarşılıqlı əlaqələrin inkişafı üçün imkanların olduğunu diqqətə çatdırıb. Səfir Viktor Szederkenyinin səfərinin bu baxımdan səmərəli olacağına əminliyini ifadə edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş.

Dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonağı salamlamış, onu səfir təyin olunması münasibətilə təbrik etmişdir.

Naxçıvanın ərazisi, əhalisi, keçdiyi inkişaf yolu barədə məlumat verən Ali Məclisin Sədri muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf etdiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, muxtar respublika özünü əsas ərzaq və sənaye məhsulları ilə təmin edir və 

Ardını oxu

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet