Genişmiqyaslı meliorativ tədbirlər məhsuldarlığa əsaslı zəmin yaradır

Ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca amillərdən biri əkinçilik məhsullarının su ilə təminatıdır. Son illər muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter alması hər bir naxçıvanlını ürəkdən sevindirir. Çünki həmin tədbirlərin nəticələrini hər birimiz öz həyatımızda görürük. 

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən aldığımız məlumatda bu təsərrüfat ilində də çəkilən zəhmətin hədər getməyəcəyi bildirilir. Çünki zəhmətə bağlanan insanların maddi rifah halının daha da yaxşılaşdırılmasında əvəzsiz rolu olan torpaqlardan səmərəli istifadə diqqət mərkəzində saxlanılıb.

Ardını oxu...

Torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilir. Əkin sahələrinin suvarma suyu ilə təmin olunması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması məqsədilə 2020-ci ilin iyun ayı ərzində təmir və bərpa, tikinti işləri davam etdirilmişdir. Bu dövrdə su istifadəçilərinə 53,6 milyon kubmetr su verilmiş, bunun müqabilində 45 min 168 hektar torpaq sahəsi suvarılmışdır. 11 kilometr beton və torpaq kanal, 17,7 kilometr ara arxlar, 3 kilometr kollektor lildən təmizlənmiş, 6 kilometr suvarma, 2,6 kilometrtəzyiqli boru xətti təmir-bərpa edilmiş, 60 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır. 1,2 kilometr selə qarşı istiqamətləndirici bənd salınmışdır.

Ardını oxu...

Meliorasiya və irriqasiya işləri davam etdirilir

04.07.2020

Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən 2020-ci ilin yanvar-iyun aylarında meliorasiya və irriqasiya sistemlərinin lazımisəviyyədə istismarının təşkili,suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, inkişafı, sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq işlər görülmüşdür.

Hazırda rayon ərazisində yerləşən su anbarlarında 61,7 milyon kubmetr su ehtiyatı vardır. Ötən dövrdə su istifadəçilərinə 40,1 milyon kubmetr su verilmiş, bunun müqabilində 36 min 143 hektar torpaq sahəsi suvarılmışdır.

Ardını oxu...

Muxtar respublikada əkin dövriyyəsi artmışdır

Muxtar respublikada son dövrlər qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası, keyfiyyətli toxum növlərinin istehsalı, məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin və texnikaların verilməsi aqrar sahənin əsasını təşkil edən bitkiçilik məhsullarının istehsalında davamlı artımı təmin etmişdir.

Torpaqların faydalı istifadəsinin və su təminatının yaxşılaşdırılması istiqamətində meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması diqqətdə saxlanılmış, təkcə 2019-cu ildə Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 176,4 hektar, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 343 hektar torpaq sahələrində yeni qapalı suvarma şəbəkələrinin, Şərur rayonunun Danyeri kəndində nasos stansiyasının tikintisi başa çatdırılmışdır. Bundan əlavə, cari ilin ötən dövründə Sədərək rayonunda işğaldan azad edilmiş 73 hektar torpaq sahəsində meliorativ tədbirlər aparılmış və əkin dövriyyəsinə daxil edilmişdir.
Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq muxtar respublikada 2020-ci ilin məhsulu üçün ümumi əkin sahəsi 63 min 405 hektar təşkil etmişdir ki, bu da 2019-cu illə müqayisədə 435 hektar çoxdur.

Ardını oxu...

SUVARMA SUYU KİFAYƏT QƏDƏRDİR

26.06.2020

Rayonumuzda 27 min hektardan artıq torpaq sahəsi əsasən Arpaçay dəryaçasından qidalanan sağ və sol sahil kanalları, çay yatağı və müxtəlif suvarma qurğuları vasitəsi ilə suvarılır.

Meliorasiya və suvarma qurğularının lazımi səviyyədə istismarı ilə yanaşı, lazım olan yerlərdə təmir işləri də ardıcıl davam etdirilir, nasos stansiyalarının, subartezian quyularının fasiləsiz işinin təmin olunması üçün vaxtaşırı tədbirlər həyata keçirilir.

Ardını oxu...

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet