MELİORATİV TƏDBİRLƏR KƏNGƏRLİDƏ AQRAR NAİLİYYƏTLƏRİN QAZANILMASINA BÖYÜK ÜMİDLƏR YARADIR

 20.06.2020

Kənd təsərrüfatının inkişafında ən mühüm amillərdən biri torpaq sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsidir. Aqrar bölgə kimi Kəngərli rayonunda bu sahənin inkişaf etdirilməsi uzun illər diqqət mərkəzindən kənarda qalsa da, yalnız müstəqilliyimizin bərpasından sonra bəhs olunan problemin həlli yolunda ciddi addımlar atılmışdır. Xüsusilə, idarəçilikdə təkmilləşdirməni əsas tutaraq 2004-cü ildə Şərur və Babək rayonlarının inzibati ərazi vahidləri hesabına yaradılmış yeni rayonda digər sahələr kimi kənd təsərrüfatının inkişaf etdirilməsi də qarşya məqsəd kimi qoyulmuş, ərazilərin suvarılması üçün mühüm tədbirlər həyata keçirilmişdir.

Ardını oxu...

SUVARMA MÖVSÜMÜNDƏ HEÇ BİR PROBLEM OLMAYACAQ

Rayonumuzun kəndləri gözlərimiz qarşısında günbəgün dəyişir, abadlaşır, gözəlləşir, kənd adamının gün-güzəranı daha da yaxşılaşır, gəlirləri ildən-ilə artır, qazancları çoxalır.

Əldə edilmiş uğurlarda su təsərrüfatı işçilərinin də payı var. Əgər taxılçı, üzümçü, kartof, bostan-tərəvəz əkib-becərən, bağ-bağat yaradan kənd adamı ilin isti keçən yaz-yay aylarında suvarma suyundan korluq çəkmirsə bu, nəticə etibarilə bol məhsul deməkdir. Bu da bir həqiqətdir ki, indi kəndin, kənd adamının üz tutduğu qurumlardan biri də su təsərrüfatı işçiləridir.

Ardını oxu...

Anbarlarda 66,6 milyon kubmetr su ehtiyatı mövcuddur

13.06.2020

Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən may ayı ərzində meliorativ sistemlərinin istismarı işinin daha da yaxşılaşdırılması və suvarılacaq sahələrdən istifadənin səmərəliliyini artırmaq məqsədilə görülən işlər davam etdirilib.

Bu dövrdə su istifadəçilərinə18,3 milyonkubmetr suvarma suyuverilib, 16 min 337 hektartorpaq sahəsi suvarılıb. Hazırda rayon ərazisindəkisu anbarlarında66,6 milyon kubmetr suehtiyatı mövcuddur.

Ardını oxu...

Kəhrizlər etibarlı su mənbəyidir

07.06.2020

Türkdilli xalqların yaratdığı tarixi nümunələrdən olan kəhrizlərin insan həyatı və təsərrüfat fəaliyyəti üçün mühüm əhəmiyyəti olubdur. Avropa və Asiya qitələrinin dörddə bir hissəsində məskən salmış qədim türkdilli insanlar iqlim şəraitinin quraq, çay şəbəkəsinin zəif olduğu dağətəyi ərazilərdə yeraltı suları kəhrizlər vasitəsilə yer səthinə çıxararaq, özləri üçün etibarlı su mənbəyi yaradıblar.

Ardını oxu...

Suvarma mövsümü mütəşəkkil keçir

Muxtar respublikada suvarma şəbəkələrinin əhatə etdiyi torpaqların əkilməsi və meliorativ tədbirlərin aparılması diqqət mərkəzindədir. Suvarma mövsümünün mütəşəkkil keçirilməsi və əkin sahələrinin suya olan tələbatını ödəmək üçün may ayında bir sıra tədbirlər görülmüş, 9,6 kilometr magistral kanal, 22,7 kilometr ara arxlar və 5,5 kilometr kollektor lildən təmizlənmiş, 1,8 kilometr yeni suvarma xətti çəkilmişdir. Bu dövrdə su istifadəçilərinə 62 milyon kubmetr su verilmiş, bunun müqabilində 52 min 909 hektar torpaq sahəsi suvarılmışdır.

Ardını oxu...

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet