İki kəndə içməli su və kanalizasiya xətləri çəkilir

22.05.2020

Son illərdə muxtar respublikada yeni su mənbələrinin və su təchizatı infrastrukturunun yaradılması, membrantipli sutəmizləyici qurğuların quraşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün bir sıra vacib addımlar atılır, genişmiqyaslı layihələr həyata keçirilir.

Belə ki, 2012-ci ildən həyata keçirilən “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilir, su boruları yenilənir, suyun bütün sakinlər arasında düzgün paylanması və bərabər səviyyədə ödənilməsi istiqamətində işlər davamlı xarakter daşıyır.

Ardını oxu...

Tanrı heç bir torpağı sahibsiz etməsin

Muxtar respublikada aparılan meliorasiya-irriqasiya
işləri torpağa əsl sahiblik nümunəsidir

Əvvəllər Şərur və ya Sədərək istiqamətinə nə vaxt yolum düşsə, Duzdağ ərazisindən tutmuş Kəngərli rayonunun Qıvraq qəsəbəsinə qədər ərazilərdə yolboyu mənzərələr ürəyimi sıxırdı. Yazı, yaşıllığı sevən biri olaraq quru təpəciklər, cadarlaşmış qupquru düzənliklər mənə, sanki ürək ağrısı bəxş edirdi. Düşünürdüm ki, axı torpaq ruzi-bərəkət mənbəyidir. İnsan və canlılar üçün hava qədər torpaq da həyati önəm daşıyır. Qidalanmağımız və sağlam yaşamağımız üçün nə varsa, torpaq öz qoynunda yetişdirir. Amma su olmadıqdan sonra torpağın nə səxavəti?!

Ardını oxu...

Yaz suvarma mövsümü mütəşəkkil keçirilir

16.05.2020

Muxtar respublikamızın əldə etdiyi uğurların təməlində dayanan əsas amil bütün sahələrin inkişafına hədəflənmiş siyasətin reallaşdırılmasıdır. Məhz bunun nəticəsidir ki, bütün sahələrdə inkişaf və tərəqqi əldə edilib. Heç şübhəsiz ki, bu inkişafdan aqrar sahəyə də pay düşüb. Reallaşdırılan layihələr və müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər kənd təsərrüfatının inkişafına təkan verib. Bunun nəticəsidir ki, hər il rayonumuzda əkilən əkin sahələri genişləndirilir və yüksək məhsuldarlıq əldə olunur.

Ardını oxu...

MÖVSÜM ƏRZİNDƏ SAHƏLƏRİN SUVARILMASINDA HEÇ BİR ÇƏTİNLİK YAŞANMAYACAQ

16.05.2020

Aqrar sektorun inkişafında əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi mühüm məsələlərdəndir. Kəngərli rayonunda da müasir meliorasiya və irriqasiya tədbirlərinin davamlı olaraq həyata keçirilməsi, mütərəqqi suvarma metodlarının tətbiqi rayonda əkinçiliyin inkişafı üçün geniş imkanlar açmışdır. Muxtar respublikamızın aqrar rayonu kimi ixtisaslaşan Kəngərlidə hər il suvarılan sahələrdə payızlıq və yazlıq bitkilər əkilir.Onun əsas hissəsini taxıl, kartof, tərəvəz, qarğıdalı, günəbaxan, bostan və paxlalı bitkilər təşkil edir. Bu sahələrin vaxtında su ilə təmin edilməsi isə olduqca vacibdir.

Ardını oxu...

Melioratorlar yaz- tarla işlərini diqqətdə saxlayırlar

09.05.2020

Cari ildə Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən su ehtiyatlarından səmərəli istifadə edilməsi, torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş, sugətirici kanal və arxlarda lildən təmizlənmə və təmir işləri aparılmış, sututarlara su yığılması işləri davam etdirilmişdir.

Ardını oxu...

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet