Suvarma mövsümü mütəşəkkil keçir

Muxtar respublikada suvarma şəbəkələrinin əhatə etdiyi torpaqların əkilməsi və meliorativ tədbirlərin aparılması diqqət mərkəzindədir. Suvarma mövsümünün mütəşəkkil keçirilməsi və əkin sahələrinin suya olan tələbatını ödəmək üçün may ayında bir sıra tədbirlər görülmüş, 9,6 kilometr magistral kanal, 22,7 kilometr ara arxlar və 5,5 kilometr kollektor lildən təmizlənmiş, 1,8 kilometr yeni suvarma xətti çəkilmişdir. Bu dövrdə su istifadəçilərinə 62 milyon kubmetr su verilmiş, bunun müqabilində 52 min 909 hektar torpaq sahəsi suvarılmışdır.

Ardını oxu...

17 mindən çox sakinin içməli su təminatı yaxşılaşdırılır Sakinlər minnətdarlıq edirlər

05.06.2020

Naxçıvan Muxtar Respublikasında əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədilə rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı bir sıra əhəmiyyətli layihələr həyata keçirilir. 2012-ci ildən həyata keçirilən “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində su anbarları, magistral kanallar və digər su təsərrüfat obyektləri tikilib istifadəyə verilib, su boruları yenilənib, yeni kanalizasiya xətləri çəkilib.Bu işlər Babək rayonunda da uğurla davam etdirilir.

Ardını oxu...

Babək rayonunun Nehrəm kəndində içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilir

Babək rayonunda əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədilə rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizati və kanalizasiya sistemlərinin yenidənqurulması layihəsi çərçivəsində işlər davam etdirilir.

Hazırda bu işlər muxtar respublikanın ən böyük kəndlərindən olan rayonun Nehrəm kəndində aparılır. Araz kəndində isə bu işlər yekunlaşdırılıb. İşlər başa çatdırıldıqdan sonra hər iki kəndin əhalisi fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunacaq.

Ardını oxu...

BÖYÜKDÜZ KƏNDİNDƏ QAPALI SUVARMA ŞƏBƏKƏSİ QURULUR

23.05.2020

Kənd təsərrüfatının mühüm sahələrindən biri olan əkinçilik ərzaq təminatının başlıca mənbəyidir. Bu səbəbdən də muxtar respublikada əkinçiliyin inkişafına xüsusi önəm verilir, məqsədyönlü tədbirlər həyata keçirilir. Həmin tədbirlər sırasında torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, suvarma şəbəkələrinin genişləndirilməsi, mütərəqqi suvarma metodlarının tətbiqi mühüm əhəmiyyət kəsb edir. Su təminatı olmayan və uzun müddət əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılır.

Ardını oxu...

KƏNGƏRLİ RAYONUNUN QARABAĞLAR KƏNDİNDƏ SU VƏ KANALİZASİYA XƏTLƏRİNİN ÇƏKİLİŞİNƏ BAŞLANILIB

23.05.2020

Son illərdə muxtar respublikamızda həyata keçirilən mühüm tədbirlərdən biri də “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində görülən işlərdir. 2012-ci ildən başlanılan bu layihə üzrə Naxçıvan şəhərində və onun kəndlərində su və kanalizasiya sistemləri tam yenidən qurulub, əhali keyfiyyətli içməli su ilə təmin olunub. Hazırda muxtar respublikanın rayon mərkəzləri və ətraf kəndlərində bu işlər davam etdirilir.

Ardını oxu...

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet