Əkin sahələrinin su təminatı yaxşılaşdırılır

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən aprel ayında nəzərdə tutulan tədbirlər vaxtında yerinə yetirilmişdir.
Suvarma mövsümünün mütəşəkkil keçirilməsi məqsədilə sututarlarına suvarma suyunun doldurulması davam etdirilmişdir.Hazırda su anbarlarında 191 milyon kubmetrə yaxın su ehtiyatı vardır.Bu dövrdə su istifadəçilərinə 36,8 milyon kubmetr su verilmiş, bunun müqabilində 30 min 830 hektar torpaq sahəsi suvarılmışdır.

Ardını oxu...

Su həyat mənbəyidir

23.04.2020

Təbiətdə olan bütün canlıların inkişafının su ilə əlaqəli olması, eyni zamanda həyatımızın sudan asılı olduğunu elm çoxdan sübut edib. Elm onu da sübut edib ki, insan bədəninin 80 faizi, Yer kürəsinin isə 2/3 hissəsi sudan ibarətdir. Normal şəraitdə sağlam insanın orqanizmindən 2-3 litr su ixrac olunur. Yaşamaq üçün də orqanizmə elə o qədər su qəbul etmək lazım gəlir. Buna görə də insan orqanizmi uzun müddət ac qalmağa dözsə də, susuz qalmaq iqtidarında deyil.

Ardını oxu...

Melioratorlar yaz-tarla işlərinə hazırdır

Muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, mütərəqqi suvarma şəbəkələrinin tikilməsi, suvarılan ərazilərin şoranlaşmasının qarşısının alınması və əhalinin içməli suya olan tələbatının etibarlı şəkildə ödənilməsi üçün tədbirlər diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən mart ayında 10 kilometr yeni suvarma xətti çəkilmiş,

Ardını oxu...

DƏRYAÇADA 100 MİLYON KUBMETRƏ QƏDƏR SU VARDIR

 

Rayonumuzda hər il 17 min hektardan artıq suvarılan sahədə müxtəlif bitkilər əkilir ki, bunun da əsas hissəsini taxıl, kartof, tərəvəz, qarğıdalı, günəbaxan, bostan və paxlalı bitkilər təşkil edir. Meyvə bağları və yaşıllıqlar da ildən-ilə genişlənir. Bu sahələrin vaxtında su ilə təmin edilməsi isə olduqca vacibdir.

Şərurda təsərrüfat suyuna olan problem ulu öndərin təşəbbüsü ilə ötən əsrin yetmişinci illərində Arpaçay dəryaçasının istismara verilməsi ilə demək olar ki, tam aradan qaldırılmışdır. Dəryaça 150 milyon kubmetr su tutumuna malikdir. Paylayıcı qurğudan ayrılan Sağ və Sol kanalları şəbəkəsi təkcə Şərurun yox, həm də Sədərək və Kəngərli rayonlarının 10 minlərlə hektar torpağını su ilə təmin edir.

Ardını oxu...

KƏNDLİ ƏMƏYİ NƏYƏ DESƏN QADİRDİR

 

Şərur muxtar respublikamızda məhsuldar və geniş torpaqları olan ərazidir. Min illər boyu babalarımız suvarma yolu ilə bu ərazilərdə taxıl, pambıq, üzüm, tütün, tərəvəz bitkiləri əkib-becərmiş, hər cür nemət yetirən bağ- bağatlar salmışlar.

Rayon ötən əsrin ikinci yarısında respublikamızın qabaqcıl kənd təsərrüfatı bölgələrindən biri olmuş, xüsusən taxılçılıq, üzümçülük, tütünçülük, meyvəçilik məktəbi kimi tanınmışdır. Arazla Arpaçaym qovuşduğu bu məkanda insan əməyi nəyə desən qadirdir. Bunu hər il qazanılan uğurlar da sübut edir.

Ardını oxu...

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet