Gümüşlü və Aşağı Yaycı kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

29.02.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Şərur Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən rayonun Gümüşlü və Aşağı Yaycı kənd sakinlərinin içməli su təminatını yaxşılaşdırmaq məqsədi ilə Arpaçay su anbarının əsas bəndinin aşağı hissəsindən süzülən sulara EÇV-8-25-100  markalı subartezian nasosu quraşdırılıb.

Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki, görülən tədbirlər çərçivəsində diametri 76 millimetr, uzunluğu  450 metr olan boru xətti çəkilərək mövcud içməli su xəttinə birləşdirilib. Bunun nəticəsində bulaq sularının azaldığı vaxtlarda həmin subartezian quyusundan dəstək məqsədi ilə verilən içməli su Gümüşlü və Aşağı Yaycı kənd sakinlərinin su ehtiyacını təmin edəcəkdir. 

Muxtar respublikada suvarma mövsümünə hazırlıq işləri görülür

28.02.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən suvarma mövsümünə hazırlıq işləri həyata keçirilir. Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki, mövsümün mütəşəkkil keçirilməsi, muxtar respublikanın suvarma su təminatının etibarlı təmin olunması, suyun itkisiz və vaxtında sahələrə çatdırılması üçün tabe idarələr sistemli şəkildə fəaliyyət göstərir. 

Bu məqsədlə idarə əməkdaşları tərəfindən arxlarda və  kollektorlarda lildən təmizlənmə işləri aparılıb, hidrotexniki qurğularda, nasos stansiyalarının ehtiyac olan hissələrində cari təmir-bərpa işləri görülüb. 
Fevralın 27-də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində təşkil olunan iclasda suvarma mövsümünü səmərəli başa vurmaq üçün idarə rəislərinə tapşırıqlar verilib, plan-qrafiklər müəyyənləşdirilib.
Nail ƏsgərovNaxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən suvarma mövsümünə hazırlıq işləri həyata keçirilir. Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki, mövsümün mütəşəkkil keçirilməsi, muxtar respublikanın suvarma su təminatının etibarlı təmin olunması, suyun itkisiz və vaxtında sahələrə çatdırılması üçün tabe idarələr sistemli şəkildə fəaliyyət göstərir. 
Bu məqsədlə idarə əməkdaşları tərəfindən arxlarda və  kollektorlarda lildən təmizlənmə işləri aparılıb, hidrotexniki qurğularda, nasos stansiyalarının ehtiyac olan hissələrində cari təmir-bərpa işləri görülüb. 
Fevralın 27-də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində təşkil olunan iclasda suvarma mövsümünü səmərəli başa vurmaq üçün idarə rəislərinə tapşırıqlar verilib, plan-qrafiklər müəyyənləşdirilib.


Nail Əsgərov

 

Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

26.02.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində “Xocalı soyqırımı”nın 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Anım tədbirində Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Malik Rzayev çıxış edərək fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin törətdiyi qanlı faciə haqqında məlumat verib. Qeyd edib ki, Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünya tarixinin ən qanlı və amansız soyqırımılarından biridir. 
Cəmiyyətin Su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.
Sonda Xocalı soyqırımına həsr olunan "Donmuş haraylar" sənədli filmi izlənilib.

 

Bu il Naxçıvanda meliorasiya və irriqasiya sahəsində görüləcək işlər açıqlanıb

22.02.2024

Naxçıvan Muxtar Respublikasında meliorasiya və irriqasiya sahəsində nəqliyyat-texnika parkının yenilənməsi məqsədilə qalib seçilən təchizatçı şirkət tərəfindən müqaviləyə uyğun olaraq texnikaların gətirilməsi başa çatmaq üzrədir. Ümumiyyətlə, bu il Naxçıvanda Dövlət Proqramına əsasən meliorasiya və irriqasiya sahəsində önəmli işlər görüləcək.

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin layihə - ekspertiza şöbəsinin baş məsləhətçisi Ayxan Həsənov söyləyib.

Ayxan Həsənov  “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən icra edilən layihələr barədə danışıb. Qeyd edib ki, tender elanlarına əsasən qalib şirkətlər tərəfindən bir sıra istiqamətlər üzrə layihələndirmə işlərinə başlanılıb. Bu əsasda gələcəkdə Araz su anbarından Heydər Əliyev su anbarına suyun verilməsi məqsədilə yeni nasos stansiyalarının və təzyiqli boru xəttinin tikintisi, Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması həyata keçiriləcək. Eyni zamanda Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulması, Kəngərli rayonunun 3500 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xəttinin tikintisi reallaşdırılacaq. Həmçinin Babək rayonunun Nehrəm qəsəbəsində torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Araz çayından qidalanan nasos stansiyaları və təzyiqli boru xətti tikiləcək.

Müsahibimiz vurğulayıb ki, 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən Qaraçuq magistral kanalının yenidən qurulması, Şərur rayonunun Püsyan, Tumaslı və Xanlıqlar kəndlərinin ərazisində kollektor-drenaj şəbəkəsinin tikintisi üzrə də tender elan olunub. Gələcəkdə Naxçıvan Muxtar Respublikasında 2011-ci ildən icra olunan rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının layihələndirilərək davam etdirilməsi bəndinə əsasən, “Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin, Qarabağlar, Xok, Yurdcu və Qabıllı kəndlərinin su təchizatı sistemi üzrə yarım qalmış işlərin də başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, ölkə Prezidenti cənab İlham Əliyev ötən il iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sentyabrın 15-də Dövlət Proqramının 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planı əsasında aidiyyəti təşkilatlar tərəfindən ötən müddətdə müvafiq işlərin icrasına başlanılıb.

Nail ƏSGƏROV

 

 

Tələbələrin istehsalat təcrübəsi başlayıb

21.02.2024

Tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulma predmetlərindən biri də istehsalat təcrübəsidir. Təcrübənin keçirilməsində əsas məqsəd tələbələrin nəzəri biliklərini möhkəmləndirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək, onların ixtisas profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, iş üsulları ilə tanış etməkdən, o cümlədən işgüzarlıq, təşkilatçılıq və texnologiya vərdişləri aşılamaqdan ibarətdir.

Hər il olduğu kimi, bu il də Naxçıvan Dövlət Universitetinin “Meliorasiya mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələri fevral ayının 16-dan etibarən Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində istehsalat təcrübəsinə başlayıblar.  

Təcrübənin ilk günü tələbələrlə görüş keçirilib. Görüş zamanı Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri Malik Rzayev və İbrahim Məmmədov, Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri  Emil Səfərov, hüquqşünas Sabir Rzayev, Su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov tələbələrə keçəcəkləri təcrübə məşğələlərinin daha effektli olması, hərtərəfli bilik və bacarıqlara yiyələnmələri üçün hər bir  şəraitin yaradılması haqqında məlumat verib, tövsiyə və tapşırıqlarını bildiriblər. Sonda təcrübə rəhbəri Səttar Nəsirov gündəlik və hesabatlar haqqında ətraflı məlumat verib.

Tələbələrə istehsalat təcrübələrində uğurlar arzu edirik.

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet