“Hacı Fəttah” kəhrizində təmir-bərpa işləri görülür

19.02.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Kəhrizlər İdarəsi tərəfindən Ordubad rayonundakı “Hacı Fəttah” kəhrizində cari təmir-bərpa işləri aparılır. 

Cəmiyyətin mətbuat xidmətindən “Şərq qapısı” qəzetinə bildirilib ki, kəhrizin çıxış hissəsi şoralandığı üçün idarənin kankanları tərəfindən şora təbəqəsi qırılaraq kəhrizin suyuna sərbəst axın verilir. 
Qeyd edək ki, qədim kəhrizlərdən hesab olunan “Hacı Fəttah” kəhrizi üzərində “qırxpillə” adlanan abidələr vardır ki, onların əksəriyyəti evlərin zirzəmilərində yerləşir.


Nail ƏSGƏROV

 

Kəngərli rayonunda suvarma mövsümünə hazırlıq işləri aparılır

19.02.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarələri tərəfindən suvarma mövsümünə mütəşəkkil hazırlıq üçün müvafiq meliorativ tədbirlər icra edilir. 

Cəmiyyətin mətbuat xidmətindən “Şərq qapısı” qəzetinə bildirilib ki, ötən günlərdə Kəngərli Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları rayonun Qıvraq qəsəbəsində 1100 metr, Yurdçu kəndində isə 950 metr ara arxların lildən təmizlənməsi işlərini həyata keçiriblər. Hazırda meliorativ tədbirlər rayonun Xok kəndində aparılır və bu proses digər kəndləri də əhatə edəcək.


Nail ƏSGƏROV

 

Çeşməbasar kəndinin içməli su təminatı yaxşılaşdırılır

14.02.2024

Babək rayonunun Çeşməbasar kəndinin içməli su təminatını yaxşılaşdırmaq üçün Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən işlər davam etdirilir.

Cəmiyyətin mətbuat xidmətindən aldığımız məlumata görə hazırda idarənin əməkdaşları tərəfindən diametri 50 millimetrlik plastik borularla ümumi uzunluğu 3000 metr olan məhəllədaxili xətlərin çəkilişi aparılır. İşlər yekunlaşandan sonra həmin xətlərin üzərində 20 ədəd  bulaq quraşdırılıb kənd sakinlərinin istifadəsinə veriləcəkdir.


Nail ƏSGƏROV

 

Muxtar respublikanın su təminatının yaxşılaşdırılması diqqətdə saxlanılır

13.02.2024

Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq cəmiyyətin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq yanvar ayı ərzində kanal və arxlarda lildən təmizlənmə işləri görülüb, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işlərinə başlanılıb, su anbarlarına suyun yığılması həyata keçirilib. Belə ki, muxtar respublikanın mövcud su anbarlarında cari ilin yanvar ayının sonuna 87,75 milyon kubmetr  su ehtiyatı toplanılıb.

2024-cü ilin yanvar ayı ərzində 0,11 kilometr selə qarşı istiqamətləndirici bənd tikilib, 19,39 kilometr beton və torpaq kanallar, 15,06 kilometr ara arxlar, 1,8 kilometr kollektor lildən təmizlənib, 5,31 kilometr içməli su, 0,1 kilometr kaptaj xətləri çəkilib, 1,25 kilometr mövcud içməli su xətlərində, 0,03 kilometr kanalizasiya xətlərində, 0,65 kilometr təzyiqli boru xətlərində, 0,27 kilometr isə kaptajlarda təmir-bərpa işləri aparılıb.

Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənib. Belə ki, Şərur rayonunda Qorçulu kollektorunda 1,8 kilometr lildən təmizlənib. Görülən işlər nəticəsində Şərur rayonunun 22 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib. Şərur rayonunda “Həmzəli-2”, “Zeyvə-1”, “Muğanlı” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,37 kilometr, Şahbuz rayonunda “Mahmudoba” nasos stansiyasının və Şada kəndinin subartezian quyusunun təzyiqli boru xətlərində 0,04 kilometr, Culfa rayonunda Bənəniyar su anbarının, Kırna və Bənəniyar nasos xətlərinin təzyiqli boru xətlərində 0,13 kilometr, Kəngərli rayonunda “Qıvraq-1”, “Qıvraq-2”, “Şahtaxtı” və “Yeni Kərki” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,11 kilometr təmir-bərpa işləri aparılıb.

2024-cü ilin yanvar ayı ərzində 2 kəhrizdə cari təmir işləri aparılıb, ay ərzində kəhrizlərdə 340 metr kürə təmizlənib, 4  metr saybənd hörülüb. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 2 ədədinə yeni nasos quraşdırılmaqla, 34 ədədi əsaslı təmir olunub.

 “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 50 evin içməli su xəttinə, 139 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb.

 

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı

Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

 

 

Meliorativ tədbirlər davam etdirilir

12.02.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Şərur Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən ara arxların lilden təmizlənməsi, kollektor ve drenajların qazılması və hamarlanması işləri aparılır. 

Cəmiyyətin mətbuat xidmətindən aldığımız məlumata görə melioratorlar tərəfindən rayonun Cəlilkənd kəndində 1,2, Siyaqut kəndində 2,3, Sərxanlıda 1,5, Çomaxtur kəndində 1,9 kilometr məsafədə ara arxlar lildən təmizlənib. Qorçulu və Muğanlı kəndlərində isə 3,2 kilometr kollektorlarda lildən təmizlənmə və hamarlanma işləri aparılıb.


Nail ƏSGƏROV

 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet