Naxçıvan Muxtar Respublikasının 100-cü ildönümünə həsr olunmuş iməcilik keçirilib

06.04.2024

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin kollektivi Naxçıvan Muxtar Respublikasının 100-cü ildönümünə həsr olunmuş iməcilikdə iştirak ediblər.
İməcilik Naxçıvan - Şahbuz magistral yolunun terraslarında aparılıb. İməcilik zamanı Cəmiyyətin sədr müavinləri və əməkdaşları ağacların qurumuş budaqlarında budama işləri aparıb, yaşıllıq zolağını quru kol-kosdan təmizləyiblər.

 

 

Tələbələrin istehsalat təcrübəsi davam edir.

04.04.2024

Naxçıvan Dövlət Universitetinin “Meliorasiya mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələri fevral ayının 16-dan etibarən Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində istehsalat təcrübəsinə başlayıblar. İstehsalat təcrübəsi çərçivəsində tələbələr Cəmiyyətinin tabe idarəsi olan Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyularının Təmiri İdarəsinin elektrik mühərriklərinin təmiri sexində olublar.
Cəmiyyətin Su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov təcrübəçi tələbələrə sexin fəaliyyət istiqaməti və iş prinsipi haqqında məlumat verib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

 

Boru xətlərinə qeyri-qanuni müdaxilələrin fəsadları aradan qaldırılıb

03.04.2024

Araz çayından qidalanan nasos stansiyalarının təzyiqli boru xətlərinə qeyri-qanuni müdaxilələrin fəsadları aradan qaldırılıb.

Belə ki, Araz çayından qidalanan “Qaraçuq-2” nasos stansiyasının Babək şəhərindən keçən hissəsindəki xətlərdə qəza baş verib.  Su xətlərinin partlaması nəticəsində Babək şəhərinin, Nehrəm qəsəbəsinin və rayonun Qoşadizə məhəlləsinin əkin sahələrinə suvarma suyunun verilməsində 6-7 saatlıq fasilə yaranıb.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları  və texnikaları dərhal qəza baş verən əraziyə gediblər. Qəza baş verən xətlərə baxış zamanı məlum olub ki, zamanında vətəndaşlar tərəfindən qeyri-qanuni yolla təzyiqli boru xətlərinə olan müdaxilələr su  xətlərinin qəzalı vəziyyətə düşməsinə səbəb olub. Dərhal idarə əməkdaşları tərəfindən qəza vəziyyəti aradan qaldırılıb, suvarma suyunun verilməsi təmin edilib.Nasos stansiyasının təzyiqli  boru xətlərində baş verən  qəza bir daha sübut edir ki, vətəndaşlar heç bir halda içməli və suvarmalı su xətlərinə müdaxilə etməməli, aid qurumlara məlumat verməlidirlər.

 
 

Nasos stansiyalarının təzyiqli boru xətlərində təmir-bərpa işləri görülür

03.04.2024
 

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarələri tərəfindən nasos stansiyalarının təzyiqli boru xətlərində cari təmir-bərpa işləri aparılır. 

Cəmiyyətin mətbuat xidmətindən “Şərq qapısı” qəzetinə bildirilib ki, mart ayının sonlarından başlayaraq Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları  tərəfindən Araz çayından qidalanan “Araz-1” və "Araz - 2" nasos stansiyalarının təzyiqli boru xətlərində cari təmir-bərpa işləri görülür və qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub. İşlər başa çatandan sonra Nehrəm qəsəbəsi, Arazkənd və Güznüt kəndlərinin əkin sahələrinə suvarma suyunun verilməsi təmin ediləcək.


Nail ƏSGƏROV

 

 

Kəngərli rayonunda dövlət mülkünə zərər verilib

30.03.2024

Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində yerləşən, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Kəngərli Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin balansında olan 810 hektar qapalı suvarma şəbəkəsinə mart ayının 29-da idarə əməkdaşları tərəfindən baxış keçirilərkən, ümumi dəyəri 627 manat olan 2 ədəd DN100/PN16 siyirtmənin və 4 metr uzunluğunda DN100/PN16 olan plastik boru birləşmələrinin naməlum şəxs və ya şəxslər tərəfindən yandırılaraq tam yararsız hala salındığı aşkar olunmuşdur. Bununla əlaqədar tərtib olunmuş sənədləri mövcud qanunvericiliyə uyğun baxılıb, günahkarların cəzalandırılması və dövlət büdcəsinə dəymiş ziyanların bərpa etdirilməsi üçün, Kəngərli Rayon Prokurorluğuna və Polis Şöbəsinə təqdim edilmişdir. Hazırda araşdırma aparılmaqdadır. 

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet