Su həyat mənbəyidir.. Rayonda əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması ilə bağlı mühüm layihələr icra olunur

20.03.2020 

Su həyat mənbəyidir. Bu fikir suyun həyatımızdakı rolunu, ümumiyyətlə, həyatımızın sudan ibarət olduğunu tam şəkildə ifadə edir. Su canlıların həyatında oksigendən sonra gələn ən vacib maddədir. Canlı aləmin yaranması və yaşaması üçün lazım olan bu nemət həyatımızda olan hava və torpaq qədər əhəmiyyətlidir. Su həm də ruzi-bərəkət, gözəllik və paklıq rəmzi hesab olunur. Ta qədimdən nənə-babalarımız suyun təmizliyi, saflığı, həyat mənbəyi olması barədə el deyimləri formalaşdırıblar.

Ardını oxu...

Su anbarlarında 35,5 milyon kubmetr su ehtiyatı var

20.03.2020

2020-ci ilin yaz suvarma mövsümünü mütəşəkkil təşkil etmək məqsədilə Babək rayon ərazisində bir sıra tədbirlər həyata keçirilmiş, kanal və arxlarda, nasos stansiyası və təzyiqli boru xətlərində, su anbarlarının suburaxıcı qurğularında, içməli su xətlərində və digər hidrotexniki qurğularda təmir-bərpa işləri aparılmış, su anbarlarına suyun yığılması davam etdirilmişdir.

Fevral ayı ərzində 2,5 kilometr beton və torpaq kanal, 1,93 kilometr ara arx, həmçinin, 1,3 kilometr kollektor lildən təmizlənmiş, 240 metr yeni açıq drenaj kanalı qazılmışdır.

Ardını oxu...

Meliorasiya işləri yüksək səviyyədə yerinə yetirilir

14.03.2020

Muxtar respublikamızdakı su sistemlərinin bərpası, yenidən qurulması, etibarlı su təchizatının təşkili, boruların təmiri, arxların təmizlənməsi, suvarma suyuna olan tələbatın ödənilməsi sahəsində görülən işlər kənd adamının, əkin-biçin ilə məşğul olan təsərrüfat sahiblərinin rahatlığına, keyfiyyətli məhsulun əldə edilməsinə, ölkəmizdə bolluq yaradılmasına xidmət edir. Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da əhalinin fasiləsiz olaraq içməli su ilə təmin olunması, əkin sahələrinin vaxtında suvarılması və normal su ilə təchizatı üçün yanvar ayından kanal və arxlarda bərpa tədbirləri həyata keçirilir.

Ardını oxu...

Yaz suvarma mövsümünə hazırlıq davam edir

Muxtar respublikada su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması istiqamətində görülən işlərin əhatə dairəsi genişləndirilir. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən fevral ayında 17 kilometr yeni suvarma xətti çəkilmiş, 240 metr yeni açıq drenaj kanalı qazılmışdır. 1,5 kilometr təzyiqli boru xətti təmir edilmiş, 37 kilometr beton və torpaq kanal, həmçinin 14 kilometr ara arxlar lildən təmizlənmişdir. Eyni zamanda nasos stansiyalarının təzyiqli boru xətlərində təmir işləri davam etdirilmiş, suvarma mövsümünə hazır vəziyyətə gətirilmişdir. Bu dövrdə yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə 590 metr istiqamətləndirici bənd salınmışdır.

Ardını oxu...

Yeni qapalı suvarma şəbəkələri qurulur

Muxtar respublikada su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması istiqamətində görülən işlərin əhatə dairəsi ilbəil daha da genişləndirilir. Bu sahədə həyata keçirilən tədbirlər 2020-ci ildə də diqqət mərkəzində saxlanılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən cari ilin fevral ayında

Ardını oxu...

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet