SUVARMA MÖVSÜMÜNƏ HAZIRLIQLAR BAŞLAYIB

07.03.2020

Artıq 2020-ci ilin suvarma mövsümü gəlir. Yaz-tarla işlərinin başlaması ilə əlaqədar bu sahə ilə bilavasitə məşğul olan Kəngərli Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi kollektivinin də qayğıları xeyli artıb. Suvarma mövsümünü mütəşəkkil təşkil etmək məqsədilə rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi bir sıra tədbirlər həyata keçirmiş, su anbarlarına suyun yığılmasına başlanmış, kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri aparılmışdır.

Ardını oxu...

Su həyatdır...

Qapalı suvarma şəbəkələri isə ikinci həyatdır

Suyun canlı aləmin varlığındakı rolundan günlərlə danışmaq olar. Bunu, sadəcə, iki kəlmə sözlə ümumiləşdirib deyirlər ki, su həyatdır. O olmayan yerdə həyat mövcud ola bilməz. Su tək gün ərzində ehtiyac duyulduqca stəkanı doldurub içmək deyil. Nəfəs aldığımız havada, qəbul etdiyimiz qidaların hər birinin tərkibində, bizi əhatə edən ətraf aləmin hər kiçik zərrəsində müxtəlif faizdə su vardır. Lakin, çox təəssüf ki, bu gözəl nemət dünyanın hər yerinə heç də eyni dərəcədə paylanmayıb. Yer kürəsinin 2/3-si sudan ibarət olsa da, hazırda elə dünyada böyük

Ardını oxu...

Meliorasiya işləri yüksək səviyyədə yerinə yetirilib

03.03.2020

Ötən il rayonda meliorasiya və irriqasiya vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə mövcud nasos stansiyalarda olan nasoslar təmir olunmuş, kanallar və arxlar lildən təmizlənərək əkin sahələrinin, bağların və yaşıllıq zolaqlarının suvarılması üçün hazır vəziyyətə gətirilmişdir.

Ümumilikdə il ərzində Ordubad Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən 118,4 kilometr məsafədə kanal və arxlar lildən təmizlənmiş, 27,5 kilometr məsafədə içməli su xəttində təmir işləri aparılmış, 1,88 kilometr məsafədə yeni içməli su xətti çəkilmiş, 1480 metr kaptaj təmir olunmuş, 1500 metr uzunluğunda təzyiqli boru xəttində təmir işləri aparılmışdır.

Ardını oxu...

Melioratorlar yaz suvarma mövsümünə hazırlaşırlar

Melioratorlar yaz suvarma mövsümünə hazırlaşırlar

Muxtar respublikada yaz suvarma mövsümünü mütəşəkkil təşkil etmək üçün kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri aparılır, anbarlara suyun yığılması həyata keçirilir.

Bu məqsədlə yanvar ayında 12 kilometr beton və torpaq kanal, 17 kilometr ara arxlar, 5 kilometr kollektor lildən təmizlənmiş, 9 kilometr yeni suvarma xətti çəkilmişdir. Həmçinin 49 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmış, Babək

Ardını oxu...

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet