Kəhrizlər həm tarixi abidə, həm də müasir dövrün təkmil su mənbəyidir

27.10.2019

Azərbaycanda kəhrizlərin tarixi son elmi tədqiqatlara əsasən orta tunc dövrünə - eramızdan əvvəl II minilliyə-3000 il əvvələ gedib çıxır. Əfsanə, rəvayət və nağıllarda kəhriz quyuları, onları birləşdirən lağımlar, orada gizlənmiş canlılar, “qaranlıq dünya”, “işıqlı dünya” haqqında maraqlı epizodların olması da kəhriz sularından ta qədim dövrlərdən istifadə olunduğunu təsdiqləyir.

1938-ci ildə ölkədə 885-dən artıq, o cümlədən Naxçıvan Muxtar Respublikasında 407 kəhriz qeydə alınıb. Naxçıvanda bu sayda kəhrizin olması əkinçilik mədəniyyətinin inkişafı ilə yanaşı, həm də diyarımızdakı xeyriyyəçilik ənənələrindən soraq verir.

Ardını oxu...

İlin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində keçirilən kollegiya iclasında komitənin sədri ­Əsgər Əsgərov çıxış edərək bildirib ki, 2019-cu il ərzində də komitənin kollektivi tərəfindən meliorasiya və irriqasiya işlərinin miqyası artırılaraq bütün mövcud imkanlar səfərbər edilib, istismar, təmir və tikinti işləri həyata keçirilib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən və 303,5 milyon kubmetr sututumuna malik olan sututarlarına 291,4 milyon kubmetr su ehtiyatı toplanıb. Su istifadəçilərinə mexaniki üsulla və öz axını ilə 271 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma nəzərə alınmaqla, 228 min 816 hektar torpaq sahəsi su ilə təmin olunub. Hazırda sututarlarda 100,5 milyon kubmetr su ehtiyatı vardır.

Ardını oxu...

Bu qayğının cavabı yalnız halal zəhmətdir

25.12.2019

Hörmətli redaksiya!

 Ulu öndərimiz Heydər Əliyev siyasətinin muxtar diyarımızda uğurla davam etdirilməsi Naxçıvanı çiçəklənən bir məmləkətə çevirib.

Mən Şahbuz rayonunun Türkeş kəndində doğulub boya-başa çatmışam və ömrümü bu kənddə keçirmişəm. Bu kəndsiz bir ayım, bir günüm belə, olmayıb. 66 yaşım var və təqaüdçüyəm. 20-25 il bundan əvvəlki yaşayışımızı gözlərim önünə gətirəndə bu günümüzə inana bilmirəm.

Ardını oxu...

Kəhrizlərin bərpası davam etdirilir

21.12.2019

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən müasir suvarma sistemlərinin quraşdırılması, su itkisinin qarşısının alınması istiqamətində işlər noyabr ayında da davam etdirilmişdir. Belə ki, ötən ay muxtar respublikada su istifadəçilərinə 23 milyon kubmetr su verilmiş, bunun müqabilində 18 min 781 hektar torpaq sahəsi suvarılmışdır. 4,5  kilometr beton və torpaq kanal,  27  kilometr ara arxlar və  2 kilometr kollektor lildən təmizlənmiş, 1,2 kilometrlik açıq drenaj kanalı qazılmışdır. Həmçinin 1,5 hektar sahə hamarlanaraq əkinə yararlı hala salınmış, 40 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.

Ardını oxu...

Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin dmstk.nakhchivan.az adlı rəsmi saytı yenilənmiş formatda istifadəyə verilib.
Sayt ən son texnologiyalar əsasında müasir tələblərə cavab verən dizayn, proqram və informasiya təminatı baxımından yüksək səviyyədə hazırlanıb. Strukturu təkmilləşdirilmiş sayta yeni funksional bölmələr əlavə edilib.

Saytda bölmələr yeni formada çeşidlənib, video və sosial çarxların, həmçinin digər vizual materialların vahid elektron bazasının formalaşdırılması, bu materialların daha geniş izləyici auditoriyasına çatdırılması nəzərdə tutulub.

Ardını oxu...

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet