Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin dmstk.nakhchivan.az adlı rəsmi saytı yenilənmiş formatda istifadəyə verilib.
Sayt ən son texnologiyalar əsasında müasir tələblərə cavab verən dizayn, proqram və informasiya təminatı baxımından yüksək səviyyədə hazırlanıb. Strukturu təkmilləşdirilmiş sayta yeni funksional bölmələr əlavə edilib.

Saytda bölmələr yeni formada çeşidlənib, video və sosial çarxların, həmçinin digər vizual materialların vahid elektron bazasının formalaşdırılması, bu materialların daha geniş izləyici auditoriyasına çatdırılması nəzərdə tutulub.

Ardını oxu...

Tələbələrin istehsalat təcrübəsi uğurla davam edir

17.12.2019

Naxçıvan Dövlət Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasının   4-cü kurs tələbələrinin  Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində  keçirlən istehsalat təcrübəsi uğurla davam etdirilir.

Tələbələr ən son texnologiyalardan, avadanlıqlardan istifadə etməklə  quraşdırılan meliorasiya və irriqasiya sistemlərində təcrübə keçirlər. Komitənin yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri ilə birlikdə tabe təşkilatlara gedərək, iş prosesi ilə yaxından tanış olurlar. Tələbələrə təcrübənin məhsuldar keçməsi və nəzəri biliklərin praktik bacarıqlarla zənginləşdirilməsi üçün hər cür şərait yaradılır. Həmçinin, tələbələr Komitə tərəfindən təyin 

Ardını oxu...

Payız suvarma mövsümü mütəşəkkil keçirilib

13.12.2019

İçməli su şəbəkəsi çəkilişinin növbəti mərhələsi başlanıb

11.12.2019

Muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində insan amili dayanır. İcra edilən layihə və ya hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahatlığı, normal yaşayışla təminatı ön planda olur. Şərur rayonunun mərkəzində və kəndlərimizdə içməli su və kanalizasiay sistemlərinin yenidən qurulması da bu məqsədi daşıyır.

Rayonda mövcud hidroresurslardan istifadə olunaraq əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Artıq rayon mərkəzində və bir neçə kənddə bu tədbirlər başa çatdırılmışdır.

Ardını oxu...

Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib

Muxtar respublikada qurulan qapalı suvarma şəbəkələri kənd yerlərində əhalinin məşğulluğunun təmin olunmasına mühüm töhfə verir. Son illər istifadəyə verilən qapalı suvarma şəbəkələri hesabına 5 min hektara yaxın yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmışdır.

Dekabrın 6-da Şahbuz rayonunun Türkeş kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir.

Ardını oxu...

Copyright © 2019. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.
Dizayn və proqramlaşdırma Nakhinternet